Ramin Əhmədov: "Azərbaycan dövlətini öz hədəflərindən yayındıra bilməyəcəklər"

Mart 29
09:45
2023
"Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd həyata keçirənlər heç şübhəsiz ki Azərbaycan Dövlətinə qarşı düşmən mövqeyində dayanan, dövlətçiliyimizi həzm edə bilməyən qüvvələrdir".
Qlobal.az xəbər verir ki, bunu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib.
Qlobal.az xəbər verir ki, bunu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildirib.
Ramin Əhmədov bu cür addımlarla Azərbaycan dövlətini hədəflərindən yayındırmağın mümkün olmadığını qeyd edib.
"Yəqin ki, belə alçaqcasına davranmaqla dövlətə mesaj vermək istəyiblər. Şükür Allaha ki, millət vəkilimiz həyatdadır. Qəti şübhə etmirik ki, sui-qəsdi planlayan və həyata keçirənlərin kimliyinə ən qısa zamanda aydınlıq gətiriləcək.
Əziz dostlar, hamılıqla həssas bir dönəmdən keçməkdəyik. Dövlətimizə qarşı ən müxtəlif addımlar atıla bilər. Hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Sayıqlığımızı əldən verməməli, düşmənin məkrli planlarının reallaşmaması üçün birliyimizi daha da möhkəmləndirməliyik. Düşmənin kimliyinin bizə fərqi yoxdur. Fazil Mustafaya güllə atanlar əslində dövlətinə, bayrağına sığınan hər kəsə güllə tuşlamış oldular. Lakin bununla bizi qorxutmaq, haqq bildiyimiz yoldan döndərmək mümkün deyil! Azərbaycan dövlətini öz hədəflərindən yayındıra bilməyəcəklər!".
Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

Dövlət Təhlükəsizlik Xidməti baş verən hadisəni terror aktı adlandırıb.