SON XƏBƏR

Ramil Yusifov "Azərişıq" ASC-yə sədr gətilir? - İddia

Avqust 05
14:44 2021
Ramil Yusifov "Azərişıq" ASC-yə sədr təyin ediləcək.
 
Qlobal.az xəbər verir ki, bu barədə Yeniçağ.az saytı xəbər yayıb.
 
Saytın yazdığına görə "Azərişıq" ASC-nin hazırkı sədri Vüqar Əhmədov yaxın günlərdə nazir təyin ediləcək. V. Əhmədovu isə müavini Ramil Yusifov əvəzləyəcək.
 
Bu barədə yaxın günlərdə qərar veriləcəyi deyilir. 
 
Sayt Ramil Yusifov barəsində də ilginc məlumatlar əldə edib. İddiaya görə Ramil Yusifov "Azərişıq" ASC-də 4 ildir qeyri leqal olaraq sədr müavini vəzifəsini tutur:

Ramil Yusifovun qohum olduğu keçmiş nazirlərdən birinin dəstəyi ilə vəzifə pillələrində sürətlə irəlilədiyi deyilir.
 
Qeyd edək ki, "Azərişıq" ASC məsələyə münasibət bildirməyib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook