SON XƏBƏR

Ramil Usubov yeni rəis təyin etdi

Avqust 04
21:43 2016
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daşkəsən rayonuna yeni polis rəisi təyin edib.

"Qafqazinfo”nun məlumatına görə, bu posta Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışan polis mayoru Fəxrəddin Abbasov gətirilib. DİN-in mətbuat xidməti faktı təsdiqləyib.

Xatırladaq ki, Ramil Usubov təxminən bir ay əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əvvəlki rəisi Elsevər Aslanovu Ağstafa Rayon Polis Şöbəsinə rəis göndərib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook