SON XƏBƏR

Ramil Şeydayev "Qarabağ"la vidalaşdı: "Sizin üçün çox darıxacağam"

İyun 06
08:13 2023
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Qarabağ" klubu ilə vidalaşıb.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabından paylaşım edib.

Forvard birgə keçirdikləri vaxta görə "köhlən atlar"a təşəkkürünü bildirib: "Belə ailənin üzvü olduğum üçün xoşbəxt idim. Yaxşı, çətin dönəmlərdə mənə və komandaya dəstək göstərən hər kəsə minnətdaram. Sizə hər məqama görə çox sağ olun deyirəm, sizin üçün çox darıxacağam".

Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə və 2021-ci ildən komandanın uğurları üçün çalışıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook