SON XƏBƏR

Ramazan Abdulatipov istintaqa çağırıldı

İyun 04
14:53 2019
Moskvanın Lefortovsk rayon məhkəməsi Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovu ifadə verməyə çağırıb.

"Kommersant” qəzetinin verdiyi xəbərə görə, o, dövlət büdcəsindən 41 milyon rublun mənimsənilməsi faktı üzrə açılmış cinayət işində şahid qismində sorğu-sual olunacaq.

Siyasətçi xarici vətəndaşların müvəqqəti saxlanılması üçün xüsusi bir müəssisənin qurulması üçün ayrılan büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunan keçmiş baş nazir Əbdüsəməd Həmidov və eks-iqtisadiyyat naziri Rayudin Yusifovla bağlı ifadə verəcək.

"Qafqazinfo" xatırladır ki, keçmiş məmurlar 2018-ci ildə Dağıstanda aparılan genişmiqyaslı antikorrupsiya əməliyyatı zamanı həbs ediliblər. Onlar barələrində irəli sürülən ittihamları qəbul etmirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook