SON XƏBƏR

Rafiq Abbasova cinayət işi açılıb - Nədə ittiham olunur?

Dekabr 28
17:20 2024
Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) sabiq rəisi Raqif Abbasova cinayət işi açılıb. 

Qaynarinfo-nun məlumatına görə, Rafiq Abbasov külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Abbasov Raqif Arif oğlu ilə bərabər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Maliyyə iqtisadiyyat sektorunun müdiri Qulamov Eldəniz Əli oğlu da təqsirli bilinir. 

Onların barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. İstintaq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılıb və iş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq. 

Zərərçəkmiş qismində Gənclər və İdman Nazirliyi tanınıb. 

Qeyd edək ki, Rafiq Abbasov 2007-ci ildən BŞGİBİ-nin rəisi vəzifəsində çalışıb. Ötən ilin iyun ayında vəzifəsindən azad edilib. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook