SON XƏBƏR

Rafael Hüseynov: Yaz sessiyasının iş planına mədəniyyət sahəsinə aid vacib qanun layihələri daxildir

Fevral 21
11:04 2016
«Parlamentin yaz sessiyasının iş planına mədəniyyət sahəsinə aid vacib qanun layihələri daxildir».
 
Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib. R.Hüseynov bildirib ki,bu sənədlər sırasına "Kinematoqrafiya haqqında”, "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, "Yazılı abidələr haqqında”, habelə qanunvericilik təşəbbüsü qaydasında daxil olan digər qanun layihələri daxildir. Onun sözlərinə görə, parlament indiyə qədər bu sahəyə aid bir sıra qanunlar qəbul edib. «Hazırda bu proses davam edir. Yaz sessiyasının iş planına daxil olan qanun layihələri də aktual məsələlərdir. Parlament mədəniyyət və incəsənətimizin inkişaf etdiriməsi istiqamətində zəruri olan addımları bundan sonra da atacaq»- deyə, komitə sədri vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook