"Radikal dini şüarların təbliği yolverilməzdir" - DİN
Avqust 02
12:12
2022
Daxili İşlər Nazirliyi (DİN) paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis tərəfindən təzyiqə məruz qalması iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, ölkəmizdə dini adət-ənənələr, inanclı insanların əqidələrinə hörmət və ehtiram həyat tərzidir:
"Bu dəyərlərin kənardan kimlərsə tərəfindən qəsdən pozulmasına yönələn cəhdlər var və buna imkan verilməyəcəkdir. Polis xalqdan ayrı deyil - biz bu xalqın övladlarıyıq, hər bir vətəndaşın inancına və dünyagörüşünə ehtiram göstərilir.
Xəzər rayonu Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır, ona qarşı heç bir təzyiq edilməyib. Radikal dini şüarların təbliği, ictimai yerlərdə hansısa yazıların və dövlət bayrağından başqa digər bayraqların qaldırılması yolverilməzdir.



