“Rabitabank” yeni fırıldaq növü tapıb - Kart köçürmələrində ehtiyatlı olun!“
Dekabr 03
19:25
2024
Şikayətim "Rabitabank”dandır. Bank kartımdan sildiyi pulu geri qaytarmadığına görə məhkəməyə müraciət edəcəyəm.
Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən bank müştərisi Cahan Məmmədli yazıb. O bildirib ki, banka etdiyi müraciətlər heç bir nəticə vermir:
"Sentyabr ayının 18-i Heydər Əliyev mərkəzində 60 manat ödəniş etdik, kart hesabdan çıxdı, amma onların hesabına keçmədi. 2-ci dəfə ödəniş etdik, bu keçdi. Sonra banka zəng edib məlumat verdim ki, 1-ci ödənişi hesaba qaytarsınlar. Dedilər, narahat olmayın. Pul hesaba qayıtdı və növbəti gün gecə yenə çıxdı. Mərkəz deyir ki, 2-ci dəfə eyni pulun çıxılmağını göstərin, pulu geri ödəniş edək. Bank çıxarışında isə pulun çıxılıb-geri qaytarılması göstərilir. 2-ci dəfə çıxılmanı göstərmək olmur. Dəfələrlə çağrı mərkəzi ilə əlaqə saxlamışam, 2 dəfə mərkəz ofisinə yaxınlaşmışam, xeyri yoxdur.
Guya, 30 noyabra qədər həll olunacaqdı, nəticə yoxdur və bu gün artıq dekabrdır. Artıq hüquqi çərçivədə müraciət etməyi düşünürəm”.
Qeyd edək ki, sözügedən bankla bağlı bu kimi şikayətlər kifayət qədərdir. Xatırladaq ki, "Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyevdir. Bankın İdarə Heyətinin sədri isə Aydın Hüseynovdur.

Qlobal.az