SON XƏBƏR

Qusarda yanacaq qıtlığı yaranıb? – İcra Hakimiyyətindən açıqlama

Dekabr 18
14:18 2024
Bir müddətdir Qusar rayonunda yerləşən yanacaq doldurma məntəqələrində (YDM) benzin çatışmazlığı yaşandığı deyilir.

Bu barədə "AzPolitika”-ya müraciət edən bir qrup yerli sakin rayonda yerləşən YDM-lərdə "Aİ-92” markalı benzinin satışında yaranan problemdən şikayətləniblər. Mövcud problemin bir aya yaxındır davam etdiyini deyən sakinlər rayondakı cəmi bir YDM-də "Aİ-92” markal benzinin qaldığını iddia ediblər.

"Bizim rayonda 3 yanacaq doldurma məntəqəsi var. Artıq 1 aya yaxındır ki, "Aİ-92” markalı benzin məhdudiyyətlə satılır. İki YDM artıq benzinsiz qalıb, 1 YDM-də isə benzin bitmək üzrədir. Bölgədəki digər kiçik YDM-lərdə də belə problemlər var”, - deyə müraciətdə bildirilir.

Məsələ ilə bağlı Qusar rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini İkram Tumarxanov "AzPolitika”-ya açıqlmasında bildirib ki, hazırda rayondakı yanacaq doldurma məntəqələrində "Aİ-92” markalı benzinin satışı ilə bağlı problem yaşanmır:"Bu barədə sizin sorğunuz əsasında monitorinq apardıq. Hazırda rayon mərkəzində, Avtovağzal kompleksinin yaxınlığına yerləşən bir YDM-də qismən belə bir problem var. Ancaq digər - "SOCAR” və "Azpetrol”-a məxsus YDM-lərdə benzinin satışı ilə bağlı problem yaşanmır. Biz özümüz də gündəlik olaraq bu məntəqələrdən istifadə edirik.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook