SON XƏBƏR

"Qurman Plyus" 25 min cərimələnə bilər! - İşçiləri əmək müqaviləsiz işlədib?

Oktyabr 05
18:44 2023
"Qurman Plyus" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi, baş direktoru Vüqar İbrahimovdur. 

Şirkət "Kamar", "Ostankino", "Cherkizovo", "Cherkizovo Toyuq" "Remit" "Şahin" kolbasa və ət məhsullarının, "Milch Farm" yağı, "Lotte" içki məhsullarının satışını həyata keçirir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook