Qurban Yetirmişli Avropada xanımının adına şirkət açıb - Faktlar
Dekabr 08
09:34
2023
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin oğlu İlkin Yetirmişli GÜLMIR GMBH-ni 2014-cü ildə Almaniyanın Şverin şəhərində 25 min avro nizamnamə kapitalı ilə təsis edib. "GÜLMİR” adı baş seysmoloqun həyat yoldaşının ad və soyadının qısaldılmış birləşməsidir – Gülnarə Mirzəyeva.
Onun sözlərinə görə, şirkət bir müddət Berlində də fəaliyyət göstətib və iki il əvvəl baş seysmoloqun oğlu onu bağlamalı olub.
2020-ci ildə baş seysmoloqun oğlu Gürcüstanda GEO TRAVEL AZ LTD-ni təsis edib. Bu turizm sektorunda Yetirmişlilər ailəsinin yeganə şirkəti deyil. Qurban Yetirmişlinin qızı Gülçinə Yetirmişli 2015-ci ilin avqustundan "GEO TRAVEL AND TOURS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN təsisçisir. Şirkət Səbail rayonu Teymur Elçin küçəsi 11-də hüquqi qeydiyyatdadır. Elə həmin ünvanda Yetirmişlilərə məxsus "”GEO TRAVEL” QAPALI SƏHMDAR CƏMIYYƏTİ də hüquqi qeydiyyata alınıb. Səhmdar Cəmiyyət 2009-cu ildə baş seysmoloqun həyat yoldaşı MİRZƏYEVA GÜLNARƏ İMRAN qızının adına rəsmiləşdirilib. Onun adına rəsmiləşdirilmiş digər şirkət – "GEO EXPRESS” QAPALI SƏHMDAR CƏMIYYƏTİ isə 2014-cü ildə təsis olunub.
Qlobal.az
AzToday.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Bundan əvvəl isə Qurban Yetirmişlinin oğlu Riqada hazırda "Azərlotereya” ASC-nin İdarə Heyətinin üzvü, "Caspian Ticket”in rəhbəri Cahangir Fərəcullayevlə birgə Riqada "Azeri Production, Sabiedrība ar ierobežotu atbildību” ("Azərbaycan məhsulları” Ltd) təsis edib.
Qlobal.az