SON XƏBƏR

Qubada bölgə gəncləri üçün təlim kursu başlayıb

Oktyabr 23
15:37 2015
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba regional ofisi şimal bölgəsində gənclər üçün "Sosial menecment məktəbi” təlim kurslarına start verib.
 
Qlobalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqsəd region gənclərinin inkişafını əhatə edən Dövlət proqramlarını onların diqqətinə çatdırmaq, gənclərin ictimai fəaliyyətdə iştirakını artırmaqdır.
 
Tədbirdə ofisin rəhbəri İnqilab Fərzəliyev Azərbaycan dövlətinin gənclərimizin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını diqqət mərkəzində saxladığını vurğulayıb. O, mərkəzin gənclərlə görüşlərinin məqsədinin onların ideya və təkliflərini dinləmək, həyata keçirməsini dəstəkləmək olduğunu bildirib.
 
Tədbirdə region gəncləri arasında azərbaycançılıq ideologiyasının təbliği, onların fəallığının artırılması, məşğulluqları və sahibkarlıq fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi və s. məsələlərlə bağlı müzakirələr aparılıb



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook