SON XƏBƏR

Qubad İbadoğlu: “Soyqırım əsl qiymətini Qarabağ azad ediləndə alacaq”

Fevral 26
17:55 2016
"Xocalı qırğını təcavüzkar Ermənistanın Azərbaycan xalqına, onun aydınlarına qarşı bir əsr boyunca - 1905-ci ildə, 1918-ci ildə, 1948-cı ildə və 1988-ci ildə həyata keçirdiyi soyqırım siyasətinin davamı idi”.
 
Cebhe.info xəbər verir ki, bu barədə ADR Hərəkatının sədri Qubad İbadoğlu bildirib.
 
Q.İbadoğlunun sözlərinə görə, bu soyqırım təkcə Azərbaycan xalqının tarixi olmaqdan çıxaraq dinc əhaliyə - uşaqlara, qadınlara və qocalara qarşı işlədilmiş ən böyük cinayətlərdən biri kimi bəşəriyyətin tarixinə çevrilib:
 
"Rusların birbaşa iştirakı ilə həyata keçirilmiş bu erməni vəhşiliyinin öz həqiqi siyasi-tarixi qiymətini alacağı, bəşəriyyətin əsl günahkarları şəhadət barmağı ilə göstərəcəyi gün uzaqda deyil. O gün Azərbaycan xalqının öz iradəsini azad və demokratik şəkildə ifadə edib Qarabağı murdar düşmən tapdağından azad edəcəyi gündür”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook