Quba şəhəri ilə dağ kəndlərinin əlaqəsi kəsildi
Yanvar 03
08:23
2016
Axşam saatlarında yağan güclü qar Qubanın dağlıq kəndləri ilə rayon merkezinin əlaqəsini kəsilib.
Quba-Qonaqkənd, Quba-Tüləkəran-Buduq-Zeyid, Quba-Susay istiqaməti və Quba-İspik-Xınalıq istiqamətindəki yollar tam baqlanıb.
Ümumilikdə 30-dan çox dağ kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Bəzi dağ kəndlərində elektrik enerjinin verilişində problemlər yaranıb.
Quba Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov "Report"-a bildirib ki, adları çəkilən kəndlərə yol təmizləyən texnika göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometrologiya müəssəsindən bildirilib ki, ən çox qar Xaltan kəndinə yağıb - 70 sm.



