QRU rəisi qəfildən niyə öldü? - "Putinlə görüşdən sonra xəstələndi..."
Noyabr 22
13:32
2018
Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi, ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxilədən tutmuş bu idarənin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə qədər bir çox səs-küylü əməliyyatlarda ittiham olunan İqor Korobovun qəfil ölməsi bir sıra versiyalara yol açıb. Korobovun hansı "uzun sürən ağır xəstəlikdən” öldüyü barədə açıqlama verilməyib. Amma müdafiə naziri Sergey Şoyqu 63 yaşlı kəşfiyyat rəisinin ailəsinə başsağlığı ünvanlayıb. Senator Frants Klintseviç isə bu ölümü "bütün ölkə üçün böyük itki” adlandırıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə general-polkovnik Korobov onkoloji xəstəliyə məğlub olub. Onun yerinə əsas namizəd QRU rəisinin indiki birinci müavini, vitse-admiral İqor Kostyukov hesab edilir.
İqor Korobov
RBK agentliyi Baş qərargaha yaxın qaynaqlara istinadən xəbər verib ki, İqor Kostyukov artıq QRU rəisinin səlahiyyətlərini icra edir. "Kostyukov müdafiə nazirinin əmri ilə artıq Korobovun xəstəliyi dövründən onun səlahiyyətlərini icra edirdi. Korobovun yerinə kimin təyin edilməsini prezident həll edəcək”-mənbə bildirib.
Xatırladaq ki, QRU-nun əvvəlki rəisi İqor Sergun 2016-cı ildə 59 yaşında qəfil ölmüşdü. Onun infarktdan öldüyü açıqlanmışdı, KİV-lər isə QRU rəisinin Livanda hansısa məxfi əməliyyat zamanı müəmmalı şəkildə öldüyünü bildirirdi.
Britaniya KİV-ləri QRU-nin rəisi İqor Korobovun gözlənilməz ölümünü şərh edərkən bir sıra qəribə məqamlara diqqəti cəlb edir. "The Telegraph” rusiyalı jurnalist Sergey Kanyevə istinadən yazır ki, "Korobov prezident Vladimir Putinlə görüşündən sonra xəstələnib”. İddia edilir ki, həmin görüşdə Korobov QRU-nun fəaliyyətindəki uğursuzluqlara görə Putindən ciddi töhmət alıb.
Mərhum QRU rəisi İqor Sergun
ABŞ-da Barak Obama administrasiyasında müşavir olmuş Maykl Karpenter isə diqqəti buna cəlb edib ki, Korobovun sələfi 2016-cı ildə ürək tutmasından ölmüşdü. "Bu iş üçün gözlənilən ömür müddəti kifayət qədər aşağıdır, amma Rusiyada orta ömür də aşağıdır”-o bildirib.
İqor Korobovun adı ABŞ-ın sanksiyalar siyahısında idi. Buna baxmayaraq 2018-ci ilin yanvar ayında Korobov FTX direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə birlikdə "milli təhlükəsizlik məsələlərinə dair yüksək səviyyəli danışıqlar " üçün Vaşinqtona məxfi səfər etmişdi. Bu səfər barədə məlumatlar üzə çıxanda Vaşinqton təsdiqləmişdi ki, məxsusi olaraq Korobov üçün sanksiyaların qüvvəsi müvəqqəti dayandırılıb.
Rusiya Baş qərargahının Baş Kəşfiyyat İdarəsinin (rəsmi olaraq Baş İdarə) rəisi, general-polkovnik İqor Korobovun öldüyü açıqlanıb. Virtualaz.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən general-polkovnik Korobov 63 yaşında "uzun sürən ağır xəstəlikdən sonra” vəfat edib. Digər detallar açıqlanmır.
İqor Korobov 1956-cı il yanvarın 3-də anadan olub. Stavrapol ali hərbi aviyasiya təyyarəçilər və HHM şturmanları məktəbini bitirib, daha sonra sovet ordusunun Ali Hərbi Akademiyasında təhsil alıb, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Hərbi Akademiyasını da bitirib. Silahlı qüvvələrdə 1973-cü ildən, hərbi kəşfiyyatda isə 1985-ci ildən xidmət edirdi.
Korobov QRU-ya 2016-cı ildə bu kəşfiyyat strukturunun rəisi İqor Serqunun qəfil ölümündən sonra başçılıq edirdi. Serqunun da "uzun sürən ağır xəstəlikdən sonra” öldüyü açıqlanmışdı.
Korobovun dövründə də QRU iflasa uğrayan bir sıra əməliyyatlarla gündəmə gəldi. Bunlardan QRU-nun keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsi əməliyyatı hələ də müzakirə olunur. Məlumatlara görə son vaxtlar QRU-nun yüzlərlə agenti deşifrə edilib və ya fəaliyyətləri iflic olub. Bundan əvvəl Rusiya mənbələrində QRU-da bir-birinin ardınca baş vermiş uğursuzluqlara görə bu kəşfiyyat strukturunun rəhbərlərinin cəzalandırılacağı haqda xəbərlər yayılmışdı.

***
11:00

Mənbə: Virtualaz.org
Qlobal.az