Qoşqar Əhmədova vəzifə verildi
Noyabr 20
13:13
2023
Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat İdarəsinin rəisi, baş mühasib Vəli Rəhimov vəzifəsini tərk edib.
Palatadan Qaynarinfo-ya verilən məlumata görə, həmin vəzifənin icrası müvəqqəti olaraq Qoşqar Əhmədova həvalə olunub.
Q. Əhmədov eyni zamanda Auditorlar Palatasının Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi İdarəsinin rəisi vəzifəsində çalışır.