Qorxulu siklon Azərbaycana çatdı
Yanvar 17
15:54
2019
"Dünəndən gözlənilən siklon artıq Azərbaycandadır. Hazırda küləyin sürəti güclüdür. Ehtimal var ki, axşama doğru bir qədər də güclənə bilər”.
Məhərrəm Həsənov küləyin axşama doğru güclənəcəyini də istisna etməyib.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi proqnoz özünü doğruldub. Səhər o qədər də güclə olmasa da, hazırda küləyin sürətinin güclü olduğunu müşahidə etmək mümkündür. Sulu qar da yağır. Bütün dövlət orqanları qabaqlayıcı tədbirlər həyata keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı Qərargah da yaradıb. Çox yaxşı işləyirlər. Qorxulu heç bir hadisə olmayacaq”
Qorxulu hava şəraiti olmadığı təqdirdə nazirliyin panika yaratdığını düşünənlərə cavab olaraq AMEA rəsmisi bunları deyib:
"Heç nə yoxdur” demək olmaz. Küləyin sürəti güclüdür və get-gedə güclənə də bilər. Qabaqcadan xəbərdarlığın edilməsi panika deyil. Nazirlik üzərinə düşən işi yerinə yetirir”
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi proqnozunu verib.
Xatırladaq ki, artıq digər rəsmi qurumlar hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib, gücləndirilmiş iş rejiminə keçiblər.
Qlobal.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov faktiki hava şəraiti ilə bağlı danışarkən deyib.