SON XƏBƏR

Qorxmaz Hüseynovun şirkətinin dövlətə 400 minə yaxın borcu var (FOTO)

Oktyabr 31
15:37 2022
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynova məxsus olduğu deyilən "Hidro-İnşaat Servis" MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumata görə, "Hidro İnşaat Servis” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 375 min 142 manat 42 qəpik borcu var.
 


Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan şikrətin qanuni təmsilçisi Ramal Quliyev Akif oğludur.

Qorxmaz Hüseynov 4 may 2021-ci ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Ötən ilin aprel ayından isə şikrətin təsisçisi, Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılovu isə Ramal Quliyev əvəzləyib. Elə həmin ilin mart ayından şikrətin rəsmi saytı və "Facebook" səhifəsi yenilənmir.
 
Qlobal.Az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook