SON XƏBƏR

Qorxmaz Hüseynovun məşhur şirkəti bağlandı

Yanvar 08
10:47 2024
"Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynova məxsus şirkət bağlanıb.

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Qurbanov Çingiz Ziyadxan oğlu olan "Kaspian Biznes Menecment və Konsaltinq" MMC ləğv edildiyini elan edib. 

Şirkətin hansı səbəbdən ləğv olunması ilə bağlı məlumat yoxudr. Yalnız qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, ev 21, mənzil 22 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Qorxmaz Hüseynov 16 fevral 2011-ci ildən 4 may 2021-ci ilə kimi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri olub. "Kaspian Biznes Menecment və Konsaltinq" MMC (CBMC) şirkəti həm Azərbaycan ərazisində, həm də ölkədən kənarda şəhər və kəndlərdə su təchizatı və kanalizasiya sistemlərinin, çirkab su təmizləyici qurğuların tikilməsi və yenidənqurulması sahəsində məsləhətçi və layihələndirmə xidmətləri göstərib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook