Qorbaçov Heydər Əliyevdən qorxurdu – Şaymiyevin xatirəsi
May 09
10:28
2017
Tatarıstan Respublikasının ilk prezidenti, dövlət müşaviri Mintimer Şaymiyev "Moskva-Bakı” nəşrinə eksklüziv müsahibə verib.
Axar.az xəbər verir ki, o, ad günü ərəfəsində Azərbaycanın ümumilli lideri, görkəmli siyasətçisi və dövlət xadimi Heydər Əliyev haqqında xatirələrini bölüşüb.
– Mintimer Şaripoviç, siz Heydər Əliyevi yaxşı tanıyırdınız, yenidənqurma illərində eyni siyasi məkanda fəaliyyət göstərirdiniz. Onu necə xatırlayırsınız?
– Sözsüz ki, mən onu şəxsi tanışılığımızın baş tutmasından daha öncə - 70-80-ci illərdən izləyirdim. SSRİ-nin sürətli inkişafı dövründə müttəfiq respublikalarda çox möhkəm, zamanın sınağından çıxmış, xalq təsərrüfatını əsaslı şəkildə bilən görkəmli rəhbərləri çalışıb. Sov.İKP MK Siyasi Bürosunun və digər strukturların üzvü olan bu şəxslərdən bəziləri təkcə öz respublika ərazilərində deyil, həm də bütün SSRİ ərazisində böyük avtoritetə və hörmətə sahib idilər.
Belə şəxslərdən biri də Heydər Əliyev idi. O, KP MK-nın birinci katibi olanda Azərbaycan digər ittifaq ölkələri üçün nümunə oldu.
O dövrlərdə Azərbaycan iqtisadiyyatının müxtəlif sektorları başqa dövlətlər üçün əlçatmaz olan bir səviyyədə inkişaf etmişdi, mən zəngin Azərbaycan torpağında yetişən üzüm istehsalını və digər məhsulları xatırlayıram. Kənardan müşahidə etməklə Əliyevin necə yüksək bir avtoritetə sahib olduğunu görmək çətin deyildi. Yəqin ki, Leonid İliç Brejnevin hakimiyyət dövrünü hər kəs xatırlayır. Biz Brejnevin Azərbaycanı necə tərifləməsini, uğurlarından danışmasını, Heydər Əliyevə öz hörmətini nümayiş etdirməsini televizorda izləyirdik.
Heydər Əliyev genişmiqyaslı insan, gözəl natiq, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən mükəmməl bir şəxs idi. Bu ad insanlara dövlət qarşısında göstərdikləri xidmətlərinə görə verilirdi. Heydər Əliyevin fəaliyyəti hər kəsdə heyranlıq doğururdu.
Yuri Andropov SSRİ rəhbərliyinə gəldikdə Heydər Əliyevi Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə dəvət etdi, o, çətinliklə razılıq verdi. Heydər Əliyev öz ölkəsində çalışıb öz xalqına xidmət etmək istəyirdi. Görünür, o, yaxın gələcəkdə baş verəcək dəyişiklikləri hiss edirmiş. Bu, bir neçə il – Qorbaçovun hakimiyyətə gəldiyi vaxta qədər davam etdi.
Əlbəttə, DTK sistemində uzun illər işləmiş biri olaraq Heydər Əliyevə cəmiyyətdə hansı dəyişikliklərin başlaya biləcəyini daha yaxşı məlum idi. Mixail Sergeyeviç Qorbaçovun SSRİ rəhbəri vəzifəsinə gəlməsində Heydər Əliyevin böyük rolu olub. Lakin tezliklə Qorbaçov Heydər Əliyevin nüfuz və hazırlığını dərindən dərk edərək ondan çəkindi və Əliyevi Sov.İKP MK Siyasi Bürosundan çıxartdılar. Mixail Qorbaçovun etdiyi kimi - güclü insanlardan qorxmaq artıq zəiflikdi. Güclü əzmkar rəhbər, əksinə, düzgün strategiya seçmək üçün gərək güclü kadrları cəlb edərək ətrafında saxlasın.
Biz gənc rəhbərlər yenidənqurmada fəal iştirak etmişik və Heydər Əliyev bizim çoxumuz üçün nümunə olub.
Əliyev kimi rəhbərlərin fəaliyyəti bizlərin gələcəkdə region rəhbərlər kimi yetişməyimizdə böyük rol oynadı, ən azından, Tatarıstan rəhbəri olaraq mənim yetişməyimdə.
Heç vaxt müşahidə olunmamış hadisələrin fonunda yenidənqurma zamanı biz SSRİ-nin tərkibində olan respublika rəhbərlərinin necə öz dövlətlərinin azadlığı və müstəqilliyi uğrundan savaşdığını müşahidə edirdik. Biz xalqımızın maraqlarını müdafiə etməyin və qorumağın yollarını axtarırdıq. Biz SSRİ qurultaylarında, partiya konfranslarında, mitinqlərdə öz regionumuzla bağlı olan sualların cavablarını axtarırdıq...
– Siz nə vaxt Heydər Əliyevlə şəxsən tanış oldunuz?
– 1995-ci ilin avqustunda mən Tatarıstan Respublikası prezidenti olaraq böyük nümayəndə heyəti ilə Böyük Şərqin məşhur şair mütəfəkkiri olan Abay Kunanbayevin 150 illik yubileyini qeyd etmək üçün Qazaxıstana getdim. Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan rəhbərləri orada idi. Heydər Əliyev məni Azərbaycana rəsmi səfərə dəvət etdi. Mən o dəvəti böyük məmnuniyyətlə qəbul etdim.
1996-cı ilin noyabr ayında mən böyük nümayəndə heyəti ilə İran səfərini başa vurduqdan sonra Azərbaycana yollandım. Noyabr ayının 20-də Heydər Əliyev fəxri qarovulla Binə beynəlxalq hava limanında bizi özü şəxsən qarşıladı. Düzü, mən çox təəccübləndim. Belə böyük bir jesti gözləmirdim. Dahi Heydər Əliyev təyyarənin trapının yanında dayanmışdı. O, böyük bir mehribanlıq və səmimiyyətlə Rusiya tərkibində olan bir dövlət rəhbərini respublika başçısı kimi qarşıladı. Belə şeylər unudulmur. Bu, mənim kariyeramın başlanğıcı idi və Əliyevin bu jesti mənə böyük dəstək oldu. Heydər Əliyev bunu başa düşürdü. Tatarıstan RSFSR-dən dərhal sonra öz hüquqlarını elan etdi, dövlətin suverenliyi haqda deklarasiya qəbul etdik, respublikanın statusu haqda referendum keçirdik, yeni konstitusiya qəbul etdik, Tatarıstan və Rusiya dövlət orqanları arasında mühüm sənədlər imzalandı.
Elə ilk gün biz Heydər Əliyevlə axşam 7-də görüşdük və görüşümüz səhər 7-ə qədər davam etdi. Bu böyük qardaşla kiçik qardaşın səmimi söhbəti idi. Mən onun insanlığına və sadəliyinə heyran qaldım. Onun valideynlərinə bu cür möhtəşəm insan böyütdüklərinə görə minnətdarlıq etmək lazım idi - çünki SSRİ şöhrəti onu dəyişdirməyə müvəffəq ola bilməmişdi. Mən öz gözlərimlə gördüm: o hər şeydən öncə doğma Azərbaycanı uğrunda öz xalqının oğlu kimi ürəkdən çalışırdı.
O vaxt baş verən hər şeyi Əliyev öz qəlbinin dərinliklərində böyük ağrı ilə hiss edirdi və bu, sonradan onun səhhətinə təsir göstərdi.
Ertəsi gün təntənəli şəraitdə Azərbaycan və Tatarıstan dövlətləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında dövlətlərarası sazişlər imzalandı. Sonra biz Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyini ziyarət etdik, tatar diasporunun nümayəndələri ilə görüşdük. Axşam Heydər Əliyev bizim şərəfimizə rəsmi ziyafət verdi. Noyabrın 22-də şəhərə gəzinti zamanı sakinlər bizi səmimiyyətlə salamladılar, biz sakinlərlə söhbət etdik. Daha sonra Dağlıq Qarabağdan olan qaçqınların yaşadıqları rayona getdik, binanı gəzdik, burada qaçqınların necə yerləşdirildiyinə baxdıq, onların ailələri ilə söhbət etdik. Kazana gəldikdən sonra mən onlara humanitar yardım göstərilməsi barədə sərəncam imzaladım. Və Tatarıstandan ora zəruri humanitar yardımlarla dolu "Kamaz” avtomobil karvanını göndərdim.
Daha sonra biz onunla müxtəlif mərasimlərdə görüşüb söhbətləşdik. Yadımdadır, 1998-ci ilin iyununda Qazaxıstanın paytaxtı Astanada baş tutan təqdimatda birlikdə idik. Yeri gəlmişkən, mən 90-cı illərdə Türkiyə Prezidenti Turqut Özal, daha sonra Süleyman Dəmirəllə görüşlər keçirdiyim zaman onların dilindən Heydər Əliyev haqda çox gözəl sözlər eşitmişəm.
– Siz 1993 – 2003-cü illərdə Heydər Əliyevin Azərbaycan Respublikasında rəhbərlik fəaliyyətini necə qiymətləndirirsiniz?
– Mən yenidənqurma illərində, hələ SSRİ-nin tərkibində olan müttəfiq respublikaların rəhbərlərinin davranışlarını yaxşı xatırlayıram. Sonra isə onlar Müstəqil Dövlətlər Birliyi ölkələrinin rəhbərləri oldular.
Məsələ burasındadır ki, Mixail Sergeyeviç Qorbaçov IV SSRİ xalq deputatlarının qurultayında – 1990-cu il dekabrın 21-də öz təklifini irəli sürdü: bütün problemlərin müzakirəsi və həlli üçün çalışan yeni kollegial orqan yaradılsın: Federasiya Şurası. Və bu Şuranın tərkibinə yalnız müttəfiq ölkələrin rəhbərləri daxil ediləcəkdi. Onda mən bütün qaydalara qarşı çıxaraq müttəfiq ölkə rəhbərləri ilə yanaşı muxtar dövlətlərin liderlərinin də Şuraya daxil olmasını təklif etdi. Qurultay bu təklifin lehinə səs verdi.
Beləliklə, biz Qorbaçovun rəhbərlik etdiyi, Novo-Oqarevoda fəaliyyət göstərən komandanın tərkibində İttifaq müqaviləsinin layihəsi üzərində çalışmağa başladıq. Layihə üzərində işləməyimizə ara verəndə biz tez-tez Baltikyanı respublikalar, Tiflis və Qarabağdan müzakirələr aparırdıq. O vaxtı Azərbaycana Ayaz Mütəllibov rəhbərlik edirdi. Azərbaycandakı siyasi vəziyyətin qeyri-sabitliyi olduqca güclü idi. Lakin o dövrdə siyasi proseslərin fəlakətli nəticələrini, o cümlədən, Qarabağ konfliktinin aradan qaldırmaq iqtidarında olan güclü bir lider yox idi. Mən əminəm ki, o vaxt hakimiyyətdə Heydər Əliyev olsaydı, o, bu fəlakətin baş verməsinin qarşısını ala bilərdi. Elə buna görə də, gec də olsa, xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi, tarix öz sözünü dedi. Bütün Azərbaycan xalqı onu dəstəklədi və o, 98 faiz səslə yeni Azərbaycan dövlətinin prezidenti seçildi. O, doğrudan da bir çox suallara cavab tapmağa müvəffəq oldu və respublikadakı bir çox problemi yoluna qoydu. Əgər Heydər Əliyev olmasaydı, Azərbaycandakı o vəziyyətin sonunun nə olacağını təsəvvür etmək asan deyil. Tarixdə belə hadisələr olur - bir kiçik səhf bütün xalqa böyük bəlalar gətirir.
Heydər Əliyev unikal şəxsiyyət idi. O, Sovet məkanında da, postsovet məkanında da böyük avtoritetə sahib idi. Azərbaycan xalqı, doğrudan da, Heydər Əliyevlə fəxr edir və xalqın böyük oğlunun müqəddəs xatirəsini əziz tutur. Əgər xalq rəhbərə hörmət edirsə, onu seçkilərdə və cari fəaliyyətində dəstəkləyir. Xalqsa liderin ətrafında birləşəndə bunun böyük nəticələri olur.
– Azərbaycan və Tatarıstan Respublikaları arasında əməkdaşlığın bugünkü inkişaf səviyyəsindən razısınız?
– Tatarıstan və Azərbaycan xalqlarını tarixin bütün dövrlərində qardaşlıq və dostluq münasibətləri birləşdirib.
Sevindirici haldır ki, respublikalarımız arasında təməli mən və Heydər Əliyev tərəfindən qurulan əməkdaşlıq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Tatarıstan Prezidenti Rustam Minnixanov tərəfindən uğurla davam etdirilir. Məsələn, Azərbaycanda Tatarıstan – Azərbaycan hökumətlərarası Komissiyası ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq istiqamətində fəaliyyət göstərir, Bakıda Tatarıstan Respublikasının səlahiyyətli nümayəndəliyi var, Kazan və Bakı arasında birbaşa uçuşlar həyata keçirilir.
Tatarıstanda Azərbaycan investisiyalarının iştirakı ilə iyirmidən çox müəssisə fəaliyyət göstərir. Bu qarşılıqlı anlaşma və tarixi əlaqələri gücləndirərək bundan sonra da Rusiya Federasiyası ilə Azərbaycan arasında mövcud olan əlaqələrin hərtərəfli möhkəmləndirilməsi naminə etməliyik.
Mən İlham Heydər oğlu Əliyevi layiqli oğul və atasının nümunəvi varisi kimi qiymətləndirirəm. O, Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətlərini və işgüzar əməkdaşlığı qoruyub saxlamaqla postsovet məkanında yeni geosiyasi sistemin inkişafına çox böyük töhfə verir. Müstəqilliyin 25 ili ərzində Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqa, demokratik dəyərlərə sadiq, etibarlı sosial təminatla güclü iqtisadiyyata malik və sürətlə inkişaf edən dövlətə çevrildi.
İlham Əliyevə və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, firavanlıq və uğurlar arzulayıram!