“Qondarma respublikaları tanımırıq və Ukraynaya dəstəyi davam etdirəcəyik” - Özbəkistan XİN başçısı
Mart 17
11:35
2022
"Biz Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Biz Luqansk və Donetsk "respublika"larını tanımırıq”.
"Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ölkə Senatının plenar iclasında deyib.
XİN başçısı Özbəkistanın milli maraqlarından irəli gələrək hər iki ölkə ilə əlverişli əməkdaşlığı davam etdirəcəyini söyləsə də, Ukraynaya dəstək olacağını da vurğulayıb.
"Biz belə çətin günlərdə Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyik”, - nazir bildirib.



