“Qızın yerindən çəkil”-Heydər Əliyev və jurnalistlər: XATİRƏLƏR
Sentyabr 06
11:01
2016
Mərhum prezident Heydər Əliyevin jurnalistlərə olan isti münasibəti hər zaman hörmətlə anılan xüsusiyyətlərindəndir. Onun media mənsubları ilə zarafatlarını özündə əks etdirən videoçarxlar da mövcuddur. Sosial şəbəkələrdə də H.Əliyevin prezidentliyi dövründə Prezident Aparatında (indiki Prezident Administrasiyası) akreditə olunaraq ümummilli liderlə birgə daxili və xarici səfərlərdə iştirak edən jurnalistlərin maraqlı xatirələrinə tez-tez rast gəlirik. AFN.az olaraq belə qərara gəldik ki, dağınıq xatirələri həmin jurnalistlərin özündən dinləyib sizlərə çatdıraq və sonda mümkün olacağı təqdirdə bu xatirələri bir kitab şəklində nəşr edək.
Beləliklə, ilk müsahibimiz "Lider” TV-nin keçmiş əməkdaşı, H.Əliyevin dövründə "prezident müxbiri” olmuş, hazırda isə "Region” TV-nin Xəbərlər Xidmətinin redaktoru, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəsirovadır:
- Jurnalist kimi Heydər Əliyevlə ilk görüşüm 2000-ci ildə olub. Ümummili liderin xarici ölkələrdən birinə səfəri zamanı ayaqüstü brifinq üçün jurnalistlər indiki H.Əliyev adına Beynəlxalq Hava Limanına toplaşmışdı. "Lider” TV-nın çəkiliş qrupu olaraq mən və operator Kənan Məhəmmədov da orda idik. Məndən fərqli olaraq, Kənan artıq belə çəkilişlərdə çox olmuşdu. Yol boyu Heydər Əliyevə verəcəyim sualı müzakirə edirdik. Müsahibə anı yetişdi, artıq 20 dəqiqəyə yaxın idi ki, ümummilli lider həmkarlarımın suallarını cavablandırırdı. Mən sadəcə dayanıb baxırdım. Birdən Kənan astaca qoluma toxunaraq, "Aynur axı sən sual verəcəkdin” – dedi. Yalnız ondan sonra harda və nə səbəbə olduğumu xatırladım. Bu sual sonrakı 2 il müddətində hər görüşdə H.Əliyevə ünvanladığım sualların başlanğıcı oldu. Artıq ümummillli liderin yaxın ətrafında xüsusi yerim var idi və heç kim orda dayanmırdı.
Bir dəfə maraqlı bir hadisə oldu. Kinostudiyanın qocaman operatorlarından biri ayağı ilə qarşımı kəsərək orda dayanmağıma mane oldu. İrəli keçə bilmədiyim üçün arxada dayanmalı oldum. Heydər Əliyev müsahibəyə başlamazdan əvvəl hər zaman ətrafa baxırdı və jurnalistlərlə hal-əhval tuturdu. Mənə tərəf baxdı və həmin operatora "qızın yerindən çəkil” dedi. Bu, ümummilli liderin jurnalistlərə qarşı xüsusi diqqətindən irəli gəlirdi.
Yadda qalan digər məqam isə, Azərbaycandan İraqa sülhməramlıların göndərilməsi ərəfəsində baş vermişdi. Yenə hava limanında idik. Vaxt yetişdi və mən sülhməramlılarla bağlı ilk sualı verdim. H.Əliyev mənə tərəf baxıb, üzünü digər həmkarıma çevirdi. Sualı təkrar verməkdə qərarlı idim. Bir neçə sualdan sonra yenə eyni sualı təkrar etdim. Bu dəfə çox əsəbi nəzərlərlə qarşılaşdım. Vəziyyəti yumşaltmaq istəyən digər həmkarım Milli futbol komandasının çox böyük hesabla uduzmasına münasibət öyrənmək istədi. Və... Heydər Əliyevin əsəbi reaksiyası ilə qarşılaşdı. Sonradan həmkarlarım o jurnalistin mənim güdazıma getdiyini deyib gülürdülər.
Həmin ərəfədə sülhməramlıların İraqa göndərilməsi ilə bağlı rəsmi açıqlama verilmirdi. Ümumilli liderlə işləyən jurnalistlər bir az ərköyün idilər. Bu ərköyünlüyün kulminasiyası Naxçıvan Muxtar Respublikasına səfərimiz zamanı baş verdi. Rəsmi səfər zamanı kimə yaxınlaşdıq, müsahibə verməkdən imtina etdi. Və bir də eşitdik ki, ümummili lider Batabata gedir, bizi isə otelə göndərirlər. Ali Məclisin qarşısında dayanıb Heydər Əliyevi gözləməyə qərar verdik. Dövlət başçısı maşına minməzdən əvvəl bizə yaxınlaşıb, hal-əhval tutmağa başladı. Gülərək, "sözlü adama oxşayırsınız” – dedi. Biz müsahibə üçün çətinlik çəkdiyimizi deyəndə, Vasif Talıbova tərəf çevrilərək güldü. "Sizin ağlınız burdakı jurnalistlərə getməsin, bunlarla mən də bacarmıram” dedi. Biz isə hələ də dayanıb baxırdıq. Heydər Əliyev - "yenə nə olub” soruşanda, "Siz Batabata gedirsiz?” – deyə suala suala cavab verdik. Yenə gülərək "Siz də getmək istəyirsiz?” dedi. Və Dilarə xanıma çevrilərək, (Dilarə Seyidzadə, Prezident Katibliyinin rəisi) "jurnalistləri də aparın” tapşırığını verdi.

Belə xatirələr çox olub. Amma bir məqamı qeyd etmək istəyirəm. Respublika Sarayında ümummilli liderlə vida mərasimi keçirilirdi. İçəridən canlı yayım verilirdi. Jurnalistlər yalnız bayırda işləyə bilərdilər. O vaxt artıq mən "Lider” TV-də çalışmırdım. Nə qədər cəhd etsəm də, prezidentin mühafizəçiləri məni saraya buraxmırdılar. Onlar mənim içəri bir jurnalist yox, sıravi vətəndaş kimi daxil olmaq istədiyimə inanmırdılar. Məcbur olub, mühafizə xidmətinin rəhbərlərindən birindən qapıya tərəf gəlməsini xahiş etdim. Nəhayət ki, onları inandıra bildim ki, mən sadəcə adi vətəndaş kimi ümummili liderlə vidalaşmaq istəyirəm. Sağ olsunlar, xahişimi anlayışla qarşıladılar. O sıradan keçməklə sanki son müsahibəmi götürürdüm. İlk müsahibədəki kimi səssiz.... Sadəcə səhnəyə baxaraq addımlamaqla...(AFN.az)
Qlobal.az