SON XƏBƏR

Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxsi saxlanılıb

İyun 09
17:11 2022
Şirvanda dələduzluq edən qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verib və onun 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər Ü.Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-yə məlumat vermələri xahiş olunur.

APA-nın əldə etdiyi xəbərə görə, Ülviyyə Balayeva saxlanılana qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook