Qırğızıstanın Baş naziri və spikeri istefa verdi – Yeni rəhbərlər seçildi
Oktyabr 07
15:28
2020
Qırğızıstan parlamentinin spikeri Dastan Cumabekov istefa verib. Bu barədə qərar parlamentin növbədənkənar sessiyasında qəbul olunub.
Sessiya "Dostluq” otelində keçirilmişdi. Bu da xəbər verilir ki, sözügedən sessiyada 20-dən çox deputat iştirak edib. Buna baxmayaraq bir çox deputatlar etibarnamə ilə səs veriblər.
Cumabekovun istefası qəbul edildikdən dərhal sonra Bir Bol partiyasının lideri Mıktıbek Abdıldayev spiker seçilib. Onun namizədliyinə 67 deputatın səs verdiyi xəbər verilir.
Qırğızıstanın 24.kg və Kaktus.media saytları xəbər verir ki, baş nazir Kubatbek Boronov da istefa verib. Parlamentdə çoxluğun koalisiyası baş nazir vəzifəsinə Sadır Japarovun namizədliyini irəli sürüb. İndi o parlamentə yeni hökumətin tərkibini təqdim etməlidir.