Qırğızıstanda türk dövlətləri xüsusi xidmət orqanları rəhbərlərinin görüşü keçirilir
İyul 26
12:39
2022
Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilir.
"Report” xəbər verir ki, Azərbaycanı toplantıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov təmsil edirlər.
Konfransda terrorçuluğa qarşı birgə mübarizə məsələsi müzakirə olunur.
Qırğızıstan Prezidenti Sadır Japarov nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.



