SON XƏBƏR

Qırğızıstan Prezidenti MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək

Oktyabr 07
10:47 2022
Qırğız Respublikasının Prezidenti Sadır Japarov MDB-yə üzv dövlətlərin bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək qeyri-rəsmi zirvə toplantısında iştirak etməyəcək.

"Report” "24.kg”yə istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Erbol Sultanbayev bildirib.

Məlumata görə, sammitin qeyri-rəsmi bölməsində Rusiya Prezidenti Vladimir Putin və Tacikistan Prezidenti Emomali Rahmonun 70 illik yubileyi qeyd ediləcək.

Xatırladaq ki, MDB-nin qeyri-rəsmi zirvə toplantısı sonuncu dəfə 2021-ci il dekabrın 28-də keçirilib. MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook