SON XƏBƏR

QHT sədrindən Hadi Rəcəbliyə qeyri-adi müraciət: "Bank kreditlərimi ödəyin"

Dekabr 27
10:05 2015
"Hadi Rəcəbov tədbirli adamdır, dolların məzənnəsi qalxandan sonra bizi qənaətcil olmağa çağırdı. İndi heç nəyimiz qalmadı, qənaət edək”. Cebhe.info-ya bunu "Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı bildirib.
 
M.Əsgərqızı deputat H.Rəcəbovdan bir xahişinin olduğunu da qeyd edib: "Amma ondan bir xahişim var, heç kəs bunu zarafat kimi qəbul etməsin, çox ciddiyəm. Mənim banka olan kredit borclarımı hörmətli Hadı müəllim ödəsin. Keçmişdə "Əl tutmaq Əlidən qalıb” deyiblər. Qoy o sübut etsin ki, deputat seçildiyi bu illərdə bir Azərbaycan vətəndaşının könlünü sevindirib. Amma başqa borclulardan xahiş edirəm ki, mənim müraciətimdən sonra Hadi müəllimi narahat etməsinlər”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook