SON XƏBƏR

QHT Liderlərinin İnformasiya Bankı yaradılır

Sentyabr 05
09:12 2016
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata keçirilən "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində  QHT.az portalının bazasında QHT liderlərinin informasiya bankı yaradılır.
 
Vətəndaş cəmiyyəti liderləri  http://www.qht.az/index.php?action=member_postform&choose=3 bazasında qeydiyyatdan keçməklə özləri haqqında informasiyanı bazaya daxil edə bilərlər.
 
Eyni zamanda informasiyanı layihənin işçi qrupuna e-mail ([email protected]) vasitəsi ilə də göndərmək olar.
 
Bazada qeydiyyatdan keçən QHT nümayəndələri bu sistemdən bloq ünvanı kimi də istifadə edə bilərlər. Beləki,  bloq olaraq sistemdə öz yazılarını, müsahibələrini, mükafatlarını, foto və video informasiyaları  da daxil edə və paylaşa bilərlər.
 
Xatırladaq ki,  www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən yaradılıb ilə yaradılıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook