Qəzza zolağının cənubunda müvəqqəti atəşkəs elan olunub.
"Report” xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, atəşkəs 5 saat davam edəcək.
Məqsəd əcnəbi vətəndaşların bölgədən çıxışını təmin etmək, eləcə də Qəzzaya humanitar yardım çatdırmaqdır.