SON XƏBƏR

Qəzzafi Timoşenkoya 4 milyonu niyə göndərib?

Fevral 20
12:18 2018
Liviyanın keçmiş lideri Müəmmər Qəzzafi Avropada bir sıra prezident seçkisi kampaniyalarının maliyyələşdirilməsində iştirak edib.
 
Axar.az xəbər verir ki, bu iddia "Əş Şark əl Avsat” qəzeti çıxış edib. Qəzet Qəzzafinin xüsusilə 2010-cu ildə Ukraynadakı seçkiyə müdaxilə etdiyini və Yuliya
Timoşenkoya dəstək verdiyini bildirib. Mərhum lider Timoşenkonun seçki kampaniyası üçün 4 milyon avro ayırıb.
 
Qəzetə danışan və adının çəkilməsini istəməyən Qəzzafinin oğlu Saqfa İslamın köməkçilərindən biri pulun onlara Liviya baş naziri tərəfindən verildiyini söyləyib:
"Pullar həkim Bağdadi əl Mahmudi tərəfindən sifariş edilmişdi. O, həmin dövrdə Liviyanın baş naziri idi. Pullar çantaya 500 avroluq əsginaslar formasında toplanmışdı. Özəl təyyarədə Ukraynaya yola düşdük və bizi Kiyev hava limanında qarşıladılar. Gecəni orada keçirib, geri döndük. Pulları o zamankı baş nazirin müavini aldı”.
 
Qəzet Qəzzafinin 2004-cü ildə ABŞ-dakı seçkiyə müdaxilə etdiyini bildirib. Belə ki, Qəzzafi bunun üçün 5 milyon dollar xərcləyib. Eks-lider həmçinin Fransada Nikola Sarkozinin dəstəklənməsinə 50 milyon avro sərf edib.
 
Qeyd edək ki, Qəzzafi Liviyada 2011-ci ilin oktyabrında ölkədə baş tutan çevriliş nəticəsində qətlə yetirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook