SON XƏBƏR

Qəzaya uğrayan rus təyyarəsi ilə bağlı ŞOK İDDİA

Mart 28
20:53 2016
Martın 19-da Rusiyanın Rostov şəhərində qəzaya uğrayan təyyarənin ilk "qara qutusu" açılıb. Qaynar.info xəbər verir ki, bundan sonra qəzadan öncə pilot kabinəsində baş verənlərlə bağlı müəyyən faktlar ortaya çıxıb.
 
"Kommersant"ın xəbərinə görə, "Boeing 737-800" təyyarəsi yerə çırpılmadan pilotlar arasında mübahisə yaranıb. İddia olunur ki, kapitan və köməkçi pilot nə etməli olduqları barədə qərar verə bilməyiblər və buna görə mübahisə ediblər. Onlar sonda razılaşsalar da, bu qərar təyyarəni fəlakətdən qurtarmayıb.
 
"Qara qutu"dan əldə olunan bilgilərə görə, kapitan son anda enməkdən vaz keçərək təyyarəni avtomatik pilotdan çıxarığ və manuel istifadəyə keçib. Bu qərar pistə 6 km qalmış və yerdən cəmi 270 metr hündürlükdə verilib. Lakin onun bütün cəhdləri uğursuz olub.
 
"Qara qutu"dan təyyarə yerə çırpılmazdan saniyələr öncə ikinci pilotun kapitana "dayan, eləmə" dediyi aydınlaşır. Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Amma "qara qutu"dan alınan bilgilər qəzanın əlverişsiz hava şərtləri üzündən yox, pilotların səhvi səbəbindən baş verdiyini deməyə əsas verir.
 
Qeyd edək ki, bu qəza nəticəsində 62 nəfər həlak olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook