SON XƏBƏR

Qəzaya uğramış Boeing-də terror ehtimalı...

Mart 19
15:52 2016
"Flydubai" aviaşirkətinin icraçı direktoru Qeyt əl-Qeyt Rostov-Donda qəzaya uğramış "Boeing" təyyarəsinin göyərtəsində bomba olması versiyasını istisna edib.
 
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
 
Qeyt əl-Qeyt bildirib ki, hava şərtləri Rostov aeroportunun təyyarəni qəbul etməsinə mane olmayıb, əks təqdirdə təyyarə Rostova doğru uçmazdı.
 
Qeyd edək ki, Dubaydan uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün Rostov-Donda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 55 sərnişin və 7 heyət üzvü olmaqla 62 nəfər olub. Onların hamısı həlak olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook