SON XƏBƏR

Qəza nəticəsində həlak olanların nəşləri Bakıya gətirildi

Noyabr 30
17:53 2021
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.

"Report”un xəbərinə görə, meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook