SON XƏBƏR

Qətər İrandakı səfirini geri çağırıb

Yanvar 07
00:02 2016
Qətər hökuməti İrandakı səfirini geri çağırıb.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyalarına hücum olub. Bundan əvvəl Səudiyyə Ərəbistanı, Bəhreyn və Cibuti rəsmi Tehranla diplomatik əlaqələrini kəsdiklərini bəyan ediblər.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanında aralarında şiə din xadimi Nimra ən-Nimranın olduğu 47 nəfəri edam olunub. Din xadiminin edamı İranda kütləvi etirazlara səbəb olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook