SON XƏBƏR

Qazilər Bakıda yolu bağladı – DİN hərəkətə keçdi

Oktyabr 26
13:25 2021
Bakıda bir qrup qazi yolu bağlamağa cəhd göstərib. Hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hadisəni şərh edərkən, bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir: "Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.

DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır: "Aidiyyəti qurumlar məlumatlandırılıb”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook