Qazi icra hakimiyyəti binasının qarşısında özünü yandırdı
İyul 04
20:42
2022
Şəmkir rayonunun Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.
Qlobal.az APA-ya istinadən xəbər verir ki, onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb.
Yanıq xəsarətləri alan qazi İlham Həsənov xəstəxanaya yerləşdirilib.
Şəmkir rayon İcra Hakimiyyətindən İ. Həsənovun İH binası qarşısında intihara cəhd etməsinə münasibət bildirilib. Qeyd edilib ki, Şəmkirin Yeni Həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Bildirilib ki, vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır:
"Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də, İlham Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir İcra Hakimiyyətinin qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.