Qazi adı altında reketlik edənlər - VİDEO
Aprel 05
13:02
2021
Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında qanunsuz evlərin tikintisini bir qrup Qarabağ müharibəsi iştirakçısı himayədarlıq edir.
Sərxan İsayev və Azər Cəbrayılov ətraflarına dəstə toplayaraq, bu ərazidə neft quyularının yaxınlığında torpaqları zəbt edərək vətəndaşlara satır.
Bu saxtakar dəstənin üzvləri indi İkinci Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin "böyük” oğurluq planları var - xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq.
Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.
Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: