Qazaxlar da öz cümhuriyyətçilərinə abidə qoydu, bəs biz? - Deputat
İyul 08
14:04
2021
"Müstəqilliyimizi seviriksə, onun qurucularına da eyni sevgini göstərməliyik”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Qazaxıstanda 1917-1920-ci illərdə mövcud olan Alaş Orda dövlətinin qurucularına abidə ucaldılması fonunda Azərbaycanda Xalq Cümhuriyyəti qurucularına mübasibətdə anoloji addımın atılmamasına münasibət bildirərkən deyib. O, Azərbaycanda Cümhuriyyət qurucularına ucaldılan abidənin görkəmli yerdə olmadığından təəssüf hissi keçirdiyini bildirib:
"Hesab edirəm ki, paytaxtın mərkəzində belə bir abidənin yaradılmasına ehtiyac var. Cümhuriyyət qurucularına münasibətdə qazaxlarla müqayisədə təəssüf ki, o qədər də həssas deyilik. Bizlərdə belə məsələlərdə həssaslıq qazaxlarda olduğundan azdır. Bu günlərdə o dövrdə iki dəfə baş nazir olan və Cümhuriyyətimizi tanıdan görkəmli şəxsiyyət Nəsibbəy Yusifbəylinin anadan olmasının 140 illiyi tamam olsa da, xüsusi olaraq bu günü qeyd etmədik”.
Deputat bu kimi həssas məsələlərdə unutqan olduğumuzu deyib:
"Nuru Paşaya belə ciddi diqqət göstərmirik. Abidəsi qoyulmayıb. Halbuki Nuru Paşa müstəqilliyimizi hərbi güclə təmin edib. Düzdür, bu istiqamətdə müəyyən işlər görülüb. Məhəmməd Əmin Rəsulzadənin Novxanıda abidəsi var. Elmlər Akademiyasının yanında Cümhuriyyət qurucularına Xatirə abidəsi qoyulub. Amma məsələni daha fərqli formada dəyərləndirsəydik daha yaxşı olardı. Bu bir könül məsələdir. Müstəqilliyimizi seviriksə, onun qurucularına da eyni sevgini göstərməliyik”.

Qlobal.az