SON XƏBƏR

Qazaxıstanda etiraz aksiyası, həbslər var

May 22
05:39 2016
Aksiyaya səbəb hökumətin torpaq qanunları ilə bağlı dəyişiklik planıdır.

Qazaxıstanda hökumətin torpaq qanunları ilə bağlı dəyişiklik planı etirazlara səbəb olub. Eyni zamanda bir neçə şəhərdə fəallar qanun layihəsinə qarşı çıxış etməyə cəhd göstəriblər.

ANS PRESS-in məlumatına görə, aksiyaların qarşısını polis alıb. Yevranyuz telekanalının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri hökumətə qarşı çıxan insanları, eyni zamanda, jurnalistləri kütləvi şəkildə həbs ediblər.

Qaxazıstanın Daxil İşlər Nazirliyinin rəsmisi İqor Lepexa jurnalistlərin həbs olunmasını "anlaşılmazlıq” adlandırıb.

"Biz internetdə araşdırma apardıq. Bir qrup fəal insanların aksiyaya cəlb olunması üçün təşviqat aparırdı. Görünən odur ki, bu insanları heç də torpaq məsələsi maraqlandırmır. Aksiya zamanı, xüsusilə, polislə münasibətdə təxribat hallarının olacağını gözləyirdik”. Lepexa belə deyib.

Hökumətin torpaq qanunları ilə bağlı islahatları cəmiyyət arasında müxtəlif reaksiyalara səbəb olub. Qanun layihəsi ötən il qəbul olunsa da, qanunun icrası prezident tərəfindən təxirə salınıb.

Qanun layihsində geniş ferma torpaqların özəlləşdirilməsi nəzərdə tutulur.

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook