Qazaxıstan XİN: “Donbasa KTMT qüvvələrini yeritmək qeyri-mümkündür”
Fevral 22
10:47
2022
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsi hərbi və ya sülhməramlı qüvvələrin yalnız KTMT-yə üzv ölkələrin ərazisində istifadəsinə icazə verir, ona görə də KTMT qüvvələrinin "LXR” və "DXR”ə göndərilməsi mümkün deyil.
Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi deyib.
"Xeyr, mümkün deyil, çünki bildiyiniz kimi, KTMT nizamnaməsi hərbi və ya sülhməramlı qüvvələrin istifadəsini ciddi şəkildə məhdudlaşdırır. Onlar yalnız KTMT məkanında istifadə edilə bilər", - Tleuberdi çərşənbə axşamı jurnalistlərə bildirib.
O xatırladıb ki, "bu yaxınlarda KTMT-nin baş katibi DXR və LXR-ə sülhməramlı kontingentin göndərilməsinin mümkünlüyü məsələsini şərh edib”.
"Onun dediyi kimi, bu, hipotetik sualdır. Yəni, bu, praktiki olaraq mümkün deyil. Mümkün istiqamət üçün, təbii ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi və müvafiq mandatı lazımdır. Amma bildiyiniz kimi, BMT-nin özünün sülhməramlı qüvvələri var, ona görə də praktiki baxımdan bu sualı verməyə dəyməz”, – Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri izah edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciəti zamanı qondarma LXR və DXR-in suverenliyinin dərhal tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini bildirib. Müraciətdən dərhal sonra prezident Kremldə qondarma LXR və DXR-i tanıyan fərmanlar imzalayıb.