SON XƏBƏR

Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb

İyun 03
13:43 2024
Qazaxıstan "Taliban”ı terrorçu təşkilatlar siyQazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün "Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlament palatalarının spikerləri ilə görüşündə deyib.

"Qazaxıstan müasir Əfqanıstanla ticari-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, talibləri terrorçu təşkilatlar siyahısından çıxarıb”, - o bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook