SON XƏBƏR

Qazaxıstan Rusiyadan qaçanların təhlükəsizliyini təmin edəcək - Tokayev

Sentyabr 27
11:41 2022
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qismən səfərbərlik fonunda Rusiyadan ölkəyə gələnlərlə bağlı açıqlama verib.

APA "Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, o, həmin şəxslərin təhlükəsizliyinin qeydinə qalınmalı olduğunu deyib.

"Son günlər Rusiyadan bizə çox adam gəlir. Onların çoxu yaranmış çıxılmaz vəziyyətlə bağlı bu addımı atıb. Onların təhlükəsizliyinin qeydinə qalmalı və təhlükəsizliyini təmin etməliyik. Bu həm siyasi, həm də humanitar məsələdir”, - Qazaxıstan dövlət başçısı qeyd edib.

Qazaxıstan lideri ölkəyə gələn Rusiya vətəndaşları ilə bağlı rəsmi Moskva ilə müzakirə aparacaqlarını da vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook