SON XƏBƏR

Qazaxıstan Prezidenti ABŞ-ın dövlət katibi ilə görüşüb

Fevral 28
12:18 2023
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ölkədə rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinkeni qəbul edib.

"Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Dövlət başçısı Birləşmiş Ştatlar diplomatiyasının rəhbərini ölkəsində salamlamaqdan məmnun olduğunu söyləyib.

Kasım-Jomart Tokayev qeyd edib ki, diplomatik münasibətlər qurulandan bəri Astana və Vaşinqton həm ikitərəfli, həm də çoxtərəfli formatda nümunəvi əməkdaşlıq qurub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook