SON XƏBƏR

Qazaxıstan parlamenti Konstitusiyaya dəyişikliklər haqda qanunu qəbul etdi

Sentyabr 16
12:25 2022
Qazaxıstan parlamenti palataların birgə iclasında ölkə Konstitusiyasına dəyişikliklər haqqında qanunu iki oxunuşda qəbul edib.
 
Qaynarinfo bu barədə Tengrinews-a istinadla xəbər verir.
 
Sənədi iclasda iştirak edən 50 senator və 99 deputatın hamısı yekdilliklə dəstəkləyib. Parlamentin qəbul etdiyi qanun imzalanmaq üçün Qazaxıstan prezidentinə göndəriləcək.

Qəbul edilmiş dəyişikliklərdə qeyd edilir:

•Qazaxıstanda prezidentlik müddəti 5 ildən 7 ilədək artırılacaq, prezident isə ikinci müddətə yenidən seçilə bilməyəcək;
•Ölkənin paytaxtı Nur-Sultan əvvəlki adına - Astanaya qayıdacaq.

İclasda ədliyyə naziri Kanat Musin bildirib ki, paytaxtın adının dəyişdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunur, ona görə də ictimai rəy nəzərə alınaraq qanun layihəsinə daxil edilib. Milli Məclisin deputatı Janarbek Aşimjanov qeyd edib ki, Qazaxıstan xalqı dövlətçiliyin möhkəmləndirilməsində ölkənin birinci prezidenti Nursultan Nazarbayevin xidmətlərini inkar etmir.

Sentyabrda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsini təklif edib. O, həmçinin prezidentlik müddətinin 7 ilə qədər uzadılması təşəbbüsü ilə çıxış edib. Tokayev Nur-Sultanın adının Astana olaraq dəyişdirilməsini təklif edən deputatların təklifini dəstəkləyib.

2019-cu ilin martında Kasım-Jomart Tokayevin təşəbbüsü ilə ölkənin paytaxtı Astana Nur-Sultan adlandırılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook