"Qazaxıstan ilk növbədə milli maraqların qorunmasına üstünlük verir” - Tokayev
May 07
10:02
2024
Qazaxıstan hakimiyyəti ilk növbədə milli maraqların və respublikanın ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət verir.
APA Qazaxıstan rəhbərinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Qasım-Jomart Tokayevin mayın 7-də ölkədə qeyd olunan Vətən Müdafiəçisi Günü münasibətilə təbrikində deyilir.
"Qazaxıstan milli maraqların qorunmasına, ərazi bütövlüyünün qorunmasına və cəmiyyətdə sabitliyin təmin edilməsinə əsas diqqət yetirir. Şücaətli ordumuz ölkənin suverenliyinin təminatçısı, dövlətçiliyimizin sarsılmaz sütunu olaraq çıxış edir edir. Biz silahlı qüvvələrin potensialını təkcə təlim düşərgələrində deyil, həm də konkret əməliyyat tapşırıqlarının icrası zamanı görürük.”, - Tokayev vurğulayıb.