SON XƏBƏR

Qazaxıstan da Dünya Ticarət Təşkilatının üzvü oldu

Dekabr 01
13:00 2015
Qazaxıstan dünəndən- 30 noyabr tarixindən Dünya Ticarət Təşkilatının (DTT) tamhüquqlu üzvünə çevrilib. Bununla bağlı ölkənin prezidenti Nursultan Nazarbayev televiziya ilə çıxışı zamanı bildirib.
 
"Bu gün, 30 noyabr tarixində, Qazaxıstan de-yure DTT-in üzvünə çevrilib. Bununla bağlı DTT-in Baş Assambleyasında rəsmən elan ediləcək,” Nazarbayev bildirib. "Bu, müstəqil Qazaxıstanın tarixində mühüm mərhələdir,” o əlavə edib.
 
Qazaxıstanın təşkilata daxil olması ilə bağlı protokol iyul ayında respublikanın parlamentində imzalanmışdı. Sentyabr ayında isə sənəd ölkə parlamentində ratifikasiya edilib və prezident tərəfindən imzalanıb. Qazaxıstan təşkilatın 162-ci üzvü olub. Qazaxıstanın DTT-na üzvlüyü Avrasiya İqtisadi İttifaqı üçün problemlər yaradır, Belorus prezidenti Aleksandr Lukaşenko bildirib. Qazaxıstanın təşkilata üzvlüyü ilə bağlı danışıqlar təxminən 20 il çəkib. Rusiya isə, 18 ildən sonra, 2012-ci ildə DTT-in üzvü olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook