SON XƏBƏR

"Qaya Tikinti İnşaat” MTK ağacları kəsdi, Xətai sakinləri etiraza qalxdı (VİDEO)

Dekabr 01
15:00 2020
Bakının Xətai rayonu Gəncə prospekti 30 ünvanında sözügedən ərazinin sakinləri tərəfindən etiraz aksiyaları keçirilir.

Qlobal.az kommersant.az-a istinadən xəbər verir ki, məhəllə sakinləri həyətdəki ağacları kəsərək hündürmərtəbəli bina tikmək istəyən "Qaya Tikinti İnşaat” MTK-sından şikayətlərini dilə gətirir, buna görə də ölkə başçısı İlham Əliyev və birinci vitse president Mehriban Əliyevadan yardım istəyirlər. Sakinlərin sözlərinə görə, dörd bir tərəfi bina və məktəblə əhatə olunmuş ərazidə aparılan tikinti qanuna ziddir və bu inşaatın 269 saylı məktəbin ərazisinə düşməsi isə məktəbli uşaqların həyatı üçün ciddi təhlükə yaradır. Buna görə də bina sakinləri ölkə rəhbərliyindən sözügedən ərazidə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün parkın salınmasını xahiş edirlər. Eyni zamanda məhəllə sakinləri Qarabağın işğaldan azad olunma münasibətilə yenidən qurulan şəhərlərimizə yüksək məbləğdə vəsaitin tələb olduğunu bildikləri üçün dövlətimizə yük düşməsin deyə sözügedən ərazidə parkın inşaasını öz üzərilərinə götürürlər.

Bina sakinlərinin öz şəxsi hesabına saldığı bağ sahəsindəki 150-ə yaxın şam və meyvə ağaclarını kəsən MTK əməkdaşları bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırıldığını bildirib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook