SON XƏBƏR

Qax sakinlərinə qarşı kütləvi dələduzluq- adlarına kredit götürən xanım kimdir?!

Mart 13
11:05 2017
Qax rayonu Cəlayir kəndinin 40-a yaxın sakini haqlarının bərpa olunması üçün ölkə başçısına müraciət etmək niyyətindədirlər.

Belə ki, Qax rayonu Su İdarəsinin mühəndisi Nəzir Mustafayevin qızı Sona Əmrahlı Qax rayonu Cəlayir kəndinin 40-a yaxın sakinini aldadaraq, onların adına müxtəlif vaxtlarda banklardan kreditlər götürüb və indiyə kimi də ödəməyib. Məsələnin kütləvi hal haldığını görən və nəhayət ki, aldadıqlarını anlayan kənd sakinləri yerli icra hakimiyyətinə, hüquq mühafizə orqanlarına və müfaviq qurumlara müraciətlər etsələr də, dələduzluqla məşğul olan Sona Əmrahlı adlı qadın barədə hər hansı tədbir görülməyib.

Ötən həftə Qax rayon Məhkəməsində şikayət üzrə proses keçirilib və hakimin çıxardığı qərar aldadılmış sakinləri bir qədər də hiddətləndirib. Belə ki, Sona Əmrahlı barədə heç bir ölçü götürülməyib.

Odur ki, Qax sakinləri məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook