SON XƏBƏR

QAT Moskva və Qars müqavilələri ilə bağlı tələb irəli sürdü

Fevral 10
15:48 2016
Qarabağ Azadlıq Təşkilatı Rusiya və Ermənistanın bəzi dairələri tərəfindən Moskva və Qars müqavilələrinə dair əsassız iddiaların irəli sürülməsi ilə bağlı bəyanat verdi.
 
Sənəddə göstərilir: Qarabağ Azadlıq Təşkilatı Rusiya və Ermənistanda bəzi dairələrin Moskva (16 mart 1921) və Qars( 13 oktyabr 1921) müqavilələri ilə bağlı hay-küy salmalarını mənasız və populist, həmçinin qərəzli cəhd kimi dəyərləndirir. Bu təşəbbüslə çıxış edənlərin hamısı yaxşı bilirlər ki, hər iki müqavilənin ləğvi və ya hər hansı təftişi mümkün deyil. Birmənalı şəkildə qeyd olunmalıdır ki, Moskva və Qars müqavilələri Azərbaycan və Türkiyə tərəfindən ciddi ərazi güzəştləri hesabına, həmçinin regionda ərazi mübahisələrinə son qoyulması, normal qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə imzalanıb.
 
Biz diqqəti məsələnin digər tərəfinə yönəltmək istəyirik. Moskva və Qars müqavilələrinin şərtləri sənədlər imzalanandan az sonra Rusiya və Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur. Ermənistan 1920-1930-cu illərdə Rusiyanın birbaşa himayəsi altında Azərbaycanın Dərələyəz bölgəsini, Mehri-Cəbrayıl qəzasının 24 kəndini, Zəngilan rayonunun 7 kəndini, Şərurun 3 kəndini, Şahbuzun 6 kəndini və digər əraziləri zəbt etmişdir. Bu ərazilərin hamısı Moskva və Qars müqavilələrinə görə Azərbaycanın tərkibinə daxil idilər. Ermənistan sonrakı illərdə də Azərbaycanın ərazilərini zəbt etmişdir. Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal edilməsi də Moskva və Qars müqavilələrinin şərtlərinin pozulması deməkdir.
 
Biz hesab edirik ki, Azərbaycan və Türkiyə Moskva və Qars müqavilələrinin şərtlərinin pozulması ilə bağlı ləngimədən beynəlxalq məhkəməyə müraciət etməli, Ermənistan tərəfindən zəbt edilən bütün ərazilərin geri qaytarılmasını tələb etməlidirlər.
 
Qat.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook